Tikinti-montaj risklərinin sığortası

İnşaat və quraşdırma olduqca riskli bir prosesdir. Məhz bu iş prosesi zamanı təsəvvür etmədiyiniz təhlükələrlə qarşılaşırsınız. Tikintidə qəza baş verir, inşaat sahəsindəki avadanlıqlarınız oğurlanır, tikinti vaxtında başa çatmır və əlavə xərcləriniz yaranır, tikinti zamanı üçüncü şəxslərə zərər vurursunuz və s. Bütün bunlar inşaat üçün ayırdığınız büdcədən kənara çıxmağınıza səbəb olur və nəticədə gəlir gözlədiyiniz layihəni zərərlə başa vurursunuz. Əminik ki, heç bir peşəkar inşaatçı bu mənzərə ilə qarşılaşmaq istəməz.

AtaSığorta, tikinti, bərpa, rekonstruksiya, əsaslı təmir və ya quraşdırma işləri ilə məşğul olan müəssisələr üçün "İnşaat sığortasının qaydaları"-na əsasən hər cür risklərdən sığorta təminatını təklif edir.

Biz aşağıda sadalananların sığortasını təklif edirik:

  • İnşaat işləri 
  • Montaj işləri 
  • İnşaat texnikası
  • İnşaat sahəsinin avadanlıqları
  • Ərazinin təmizlənmə xərcləri
  • Zəmanət verilən öhdəliklərin işə salınmasından sonra baş verən gözlənilməyən xərclər
  • İnşaat-montaj işlərinin aparılması zamanı üçüncü şəxslər qarşısında mülki məsuliyyət
  • İnşaatçı və arxitektorların peşə məsuliyyətləri