KÖNÜLLÜ TİBBİ SIĞORTA

 

KORPORATİV TİBBİ SIĞORTA

Hər bir şirkətin uğuru ən yaxşı işçiləri cəlb etmək qabiliyyətinə əsaslanır. Bu zaman yüksək əmək haqqı ilə birgə sosial paketlərin olması effektiv motivasiya üsuludur. Korporativ tibbi sığorta İşəgötürənin işçilərinin tibbi xərclərinin qarşılanmasını nəzərdə tutan bir sosial paket növü olaraq, Şirkətin rəhbərliyinin işçilərinə qarşı qayğısını nümayiş etdirir. İşçilərin tibbi sığortasının olması iş yerinin nüfuzuna təsir göstərir və hər kəsin Şirkət üçün əhəmiyyətini vurğulayır.

“AtaSığorta” ASC-nin tibbi sığorta üzrə təqdim etdiyi korporativ sığorta proqramları işçilərin sosial təminatını gücləndirməyə imkan verir. Şirkətimiz tərəfindən təklif olunan korporativ tibbi sığorta proqramlarının yüksək keyfiyyəti işçilərə vaxtı-vaxtında, müasir tibbi texnologiyaların tətbiqi ilə müayinə və müalicənin bahalı növlərindən istifadə etmək, keyfiyyətli tibbi yardım almaq imkanı verir və bununla xəstəlik müddətlərini minimuma endirir.

Müştərilərimiz öz sağlamlıqlarını bizə etibar edərkən aşağıda göstərilən üstünlükləri əldə edə bilərlər:

  • Günün 24 saatı, həftənin 7 günü fəaliyyətdə olan həkimlər tərəfindən təqdim olunan tibbi dispetçer xidməti;
  • Sığorta olunanlar üçün əlverişli bir zamanda yüksək ixtisaslı həkimlərin konsultasiyalarının və müayinələrin təşkili;
  • Ölkənin 60-dan çox aparıcı tibb müəssisələri və aptekləri  ilə əməkdaşlıq;
  • Aparılan müalicələrin keyfiyyətinə daim yüksək ixtisaslı həkim-ekspertlər tərəfindən nəzarət olunur, sığorta olunanlar heç vaxt tibb müəssisələri ilə təkbətək qalmır;
  • İl ərzində tibbi xidmətlərin qiymətlərinin artımı sığorta şəhadətnaməsinin qiymətinə təsir etmir. 
  • Sığorta şərtlərinin və sağlamlıq haqqında məlumatların məxfiliyinə ciddi şəkildə nəzarət olunur.

 

Könüllü Tibbi Sığorta hansı xidmətlərlə təmin edə bilər?

Hər bir müqavilə individual olaraq hazırlanır. Hər bir şirkət üçün fəaliyyət xüsusiyyətlərinin, işçilərinin sayının, onun tələbatlarının, arzularının və büdcə imkanlarının nəzərə alınması ilə fərdi proqram hazırlanır. Müştəri aşağıda göstərilən xidmətlər siyahısından istifadə edərək, ona uyğun tibbi sığorta proqramını tərtib edə bilər:

  • TƏCİLİ YARDIM
  • TİBBİ TƏXLİYYƏ
  • AMBULATOR YARDIM
  • STASİONAR YARDIM
  • STOMATOLOJİ YARDIM
  • DƏRMAN TƏMİNATI
  • OPTİKA
  • VAKSİNASİYA VƏ VİTAMİNİZASİYA
  • HAMİLƏLİYİN TƏQİBİ VƏ DOĞUM
  • PROFİLAKTİK TİBBİ MÜAYİNƏLƏR

 

Korporativ Tibbi Sığorta paketlərinin qiymətini necə azaltmaq olar?

- Şərtsiz azadolmanın (franşiza) və sublimitlərin tətbiqi (sui istifadə hallarının qarşısını alır, sığorta olunanların və klinikaların intizamlı davranışına səbəb olur);

- müxtəlif proqramlar və təminatlar, işçilərin tutduğu vəzifəsinə əsasən seçici yanaşma;

- bahalı xidmətlərin (stomatologiya, bahalı VİP klinikalar) təminata daxil etməmək;

 

Şirkətiniz üçün Korporativ Tibbi Sığorta paketlərinin qiymətini Sorğu formasını cavablandırıb office@atasigorta.az  ünvanına göndərməklə öyrənə bilərsiniz.

 

SORĞU FORMASI

KLİNİKALARIN SİYAHISI

APTEKLƏRİN SİYAHISI