1978-1983-cü illərdə D.Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakültəsində təhsil alaraq iqtisadçı mühəndis ixtisasına yiyələnmişdir. 1983-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hesablaşma mərkəzində iqtisadçı vəzifəsinə, 1987-ci ilin dekabr ayından isə qrup rəhbəri vəzifəsinə təyin olunmuşdur. 1989 - ilin iyun ayından Respublika Aqrar Sənaye Bankında aparıcı, 1992-ci ildən baş iqtisadçı vəzifəsində işləmişdir. Milli Bankın dəvəti 1993-cü ilin aprel ayından 2004-cü ilin sonunadək bank sektorunda əmək fəaliyyətini davam etdirmiş, Mərkəzi Bankda baş müfəttiş, şöbə rəisi və direktor müavini vəzifələrində calışmışdır. 2004-cü ilin oktyabr ayından Milli Bankda yeni yaradmış Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi qrupuna rəhbərlik etmişdir. Respublikada fəaliyyət gostərən bankların beynəlxalq hesabatlıq sisteminə keçirilməsi prosesində USAİD-in Bank nəzarəti üzrə ekspertlər qrupu ilə əməkdaşlıq etmişdir. "AtaHolding" ASC-də əmək fəaliyyətinə 06 yanvar 2005-ci ildən Maliyyə departamentinin direktoru vəzifəsindən başlamış, 17 dekabr 2005-ci il tarixində İdarə Heyətinin sədr müavini və Audit Komitəsinin üzvü təyin olunmuşdur. 15 oktyabr 2012-ci il tarixindən “AtaHolding” MMC-nin Baş Direktoru, eyni zamanda “AtaSığorta” ASC-nin Direktorlar Şurasının üzvüdür. |