İdarə Heyəti

 

Xətai İsmayılov - İdarə Heyətinin Sədri

 

Xətai İsmayılov 2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 2008-ci ildə prokurorluq orqanlarında müstəntiq kimi başlamışdır. 2010-cu ilin oktyabr ayınadək prokurorluq orqanlarında çalışmışdır. 5 yanvar 2011-ci il tarixdən “AtaSığorta” ASC-də fəaliyyətə başlamışdır, 2017-ci ildə Hüquq departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur. 2021-ci ilin may ayında “AtaSığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.  2022-ci ilin sentyabr ayında “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. 

 

Seymur Əliyev - İdarə Heyəti sədrinin müavini

 

Seymur Əliyev 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 2011-ci ildə “AzSığorta” ASC-də başlamışdır. 2021-ci ildən əmək fəaliyyətini “AtaSığorta” ASC-də Korporativ Sığortaçılıq Departamentinin direktoru kimi davam etdirmişdir. 2022-ci ilin iyun ayında “AtaSığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.