İcbari sığorta

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 24 iyun 2011-ci il tarixdə qəbul olunmuş, 17 oktyabr 2011-ci il tarixdən qüvvəyə minmişdir. 29 noyabr 2011-ci il tarixdə “İcbari Siğorta Bürosu” hüquqi şəxslərin ittifaqinin nizamnaməsi dövlət qeydiyyatından keçmişdir. İcbari Sığorta Bürosunun 19 dekabr 2011-ci il tarixli 04 saylı çıxarışına əsasən “AtaSığorta” ASC-yə aşağıdakı icbari sığorta növləri üzrə sığorta fəaliyyəti göstərilməsi üçün icazə verilmişdir:

  • Daşınmaz əmlakın icbari sığortası;
  • Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası;
  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası.

AtaSığorta” ASC qeyd olunan 3 icbari sığorta növü və “Auditorun peşə məsuliyyətinin icbari sığortası” növü üzrə qanunvericiliklə müəyyən olunmuş şərtlər və tariflərlə bütün müştərilərə keyfiyyətli və rahat sığorta xidmətləri göstərir.

Şirkətin satış şəbəkəsinə 4 filial və 10 nümayəndəlik daxildir.