Bədbəxt hadisələrdən əməkdaşların sığortası

Tez-tez istehsalatda baş vermiş bədbəxt hadisələr haqqında xəbərlər eşidirik. Gündəlik həyatda qəza nəticəsində əmək qabiliyyətini itirmiş onlarla insanla rastlaşırıq. 
 Texnogen fəlakətlərin artması, yüksək təhlükəli işlərin çoxalması eyni zamanda qəza ehtimallarını da artırır. Belə qəzalar ölümlə, əlilliklə, şikəstliklə, əmək qabiliyyətinin bu və ya digər dərəcədə itirilməsi ilə, qəfil ortaya çıxan xəstəliklərlə nəticələnə bilər. Əmək qabiliyyətini itirən insan, övladlarına qayğı göstərməkdə, onların təhsil xərclərini ödəməkdə çətinlik çətir, hətta bir çox hallarda onların gündəlik tələbatlarını belə təmin edə bilmir. 


 Bəs nə etməli ? 


Ata Sığorta, fərdi və kollektiv qaydada hər kəs üçün sığorta təminatı təklif edir.


Sığorta olunmuş şəxslərə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən bədbəxt hadisə nəticəsində ortaya çıxan aşağıdakı hallarla əlaqədar sığorta təminatı verilir:

 - Ölüm
 - Əmək qabiliyyətinin daimi tam itirilməsi
 - Əmək qabiliyyətinin daimi qismən itirilməsi
 - Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi
 - Əmək qabiliyyətinin müvəqqəti qismən itirilməsi

Sığorta ödənişləri sığortalının itirdiyi bədən üzvlərinin həyati əhəmiyyətinə və əmək qabiliyyətinə təsirlərinə görə sığorta məbləğindən faizlə hesablanır. Sığorta ödənişləri sığorta olunmuş şəxslərə birdəfəlik və ya müntəzəm olaraq ödənilə bilər.


Yaşı sığorta müqaviləsi bağlanan tarixdə 18 ilə 65 arasında olan şəxslər bu sığorta növü ilə sığorta oluna bilər. Fərdi qaydada vətəndaşlar özlərini və ailə üzvlərini, habelə kollektiv qaydada hüquqi şəxslər öz işçilərini bu sığorta növü ilə sığorta etdirə bilərlər.